Kazino Qumar Növü üçün Yaş Məhdudiyyətləri: Ölkələr üzrə Müqayisəli Baxış

Kazinolarda qumar oynamaq üçün qanuni standart yaş yoxdur. Qumar oynamaq üçün ən aşağı yaş tələbi yaşadığınız ölkə və ya regiondan asılı olaraq dəyişə bilər. Bəzi ölkələr daha liberal yanaşma mənimsəyərkən, bəziləri bu mövzuda daha mühafizəkarlığı ilə seçilir. Biz bütün dünyada dövlət tərəfindən müəyyən edilmiş kazinoda yaş məhdudiyyətlərini nəzərdən keçirir və ölkələr arası müqayisəli bir baxış təqdim edirik.

Niyə Qumar Oyunları üçün Yaş Məhdudiyyətləri Var?

Yetkinlik yaşına çatmayanların qumar oyunları oynaması bir sıra acı nəticələrə gətirib çıxara bilər. Bu ilk növbədə qumar asılılığı və onun yaratdığı - aqressiv davranış, təhsil həyatında uğursuzluq, borclanma, depressiya kimi problemlərə yola aça bilər. Yetkin bir fərd bu kimi şeyləri daha yaxşı başa düşür və buna baxmayaraq, bəzən onlar üçün belə məsuliyyətlə oynamağı davam etdirmək çətin hal alır.

Məhz bu məqamda dövlətlərin və tənzimləyici orqanların qanuni müdaxilələrinə, yəni hüquqi tənzimləmələrə ehtiyac duyulur. Bu tənzimləmələrdə əsas məqsəd kazinoda yaş məhdudiyyətləri tətbiq etmək və azyaşlıların hər hansı formada qumar oynamasının qarşısını almaqdır. Artıq sivil dünyada, demək olar ki, bütün ölkələrdə bənzəri qanunvericilik müddəaları qəbul edilmiş və günümüzdə tətbiq edilməkdədir.

Bəzi ölkələr qumar oyunlarını ümumiyyətlə kökündən qadağan edə bilər, bəziləri 18 yaşdan, bəziləri isə 21 yaşdan yuxarı olan oyunçulara icazə verir. Biz bu yazıda sizin üçün dünya üzrə müxtəlif yaş məhdudiyyətlərinə baxacağıq. Oxumağa davam edin və qumar oyunları üçün niyə casinoda məhdudiyyətlərin olduğunu və Azərbaycanla müqayisədə digər ölkələrin nə qədər bənzər və ya fərqli praktikalara sahib olduğunu daha yaxından kəşf edin.

Azərbaycanda Yaş Məhdudiyyətləri

Bəri başdan qeyd edək ki, Azərbaycanda qumar oyunları qanuni şəkildə tənzimlənir. Baxmayaraq ki, 1998-ci ildə nAzərbaycanda kazinoların fəaliyyəti qanunla qadağan edilib, lotereya və idman mərc şirkətlərinin fəaliyyətinə icazə mövcuddur. Hazırda Azərbaycanda qanuni çərçivədə fəaliyyət göstərən bir neçə şirkət məhz "Lotereyalar haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" və digər müvafiq qanunlarla tənzimlənir.

Müvafiq qanunvericiliyə görə Azərbaycanda şans oyunlarında iştirak üçün qanuni yaş həddi 18-dir. Bu, lotereyalar, binqolar və idman mərcləri daxil olmaqla, ölkədə qanuni olan bütün qumar oyunlarına şamil edilir. Qanunun müvafiq tələblərini pozanları isə inzibati xətalar məcəlləsinə əsasən müvafiq cəzalar gözləyir.

Azərbaycanda fəaliyyət göstərən istər fiziki, istərsə də onlayn şans oyunları məntəqələrində doğrulama prosesləri şərtdir. Bu isə oyunçulardan yaşlarını təsdiqləmək şəxsiyyət vəsiqəsi təqdim etmələrini tələb edir. Beləliklə, dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da azyaşlıların qumar oyunlarından kənar tutulmasına ciddi həssaslıqla yanaşılır.

Avropada Yaş Məhdudiyyətləri

Köhnə qitə əvvəllər indi olduğu qədər liberal, azadlıqlar vətəni deyildi. Bir zamanlar Avropada da insanlar gizlində qumar oynamağa məcbur idilər. Ancaq bu gün Avropa ölkələrinin hər biri qumar oyunlarını qanuniləşdirib. Bu ölkələrin əksərində qanuni qumar oynama yaşı 18-dir. Moldova və Bolqarıstandan tutmuş lap Avropanın göbəyinə – Fransa və İtaliyaya kimi minimum yaş limiti məhz 18 təşkil edir.

Ancaq Yunanıstan, Belarus və Ukrayna görünür ki, 18 yaş məsələsində digər Avropa ölkələri kimi düşünmür. Yunanıstan və Belarusda qanuni qumar oynama yaşı 21, Ukraynada isə 22 olaraq qəbul edilib. Bununla bərabər, Moldova, Almaniya və Belçika kimi bəzi ölkələrdə qumarın növündən asılı olaraq, yaş məhdudiyyəti də fərqlilik göstərir. Məsələn, Moldovada lotereyalarda iştirak etmək üçün minimum yaş 18 olsa da, digər növ qumar oyunlarında iştirak etmək üçün minimum 21 yaşınız olmalıdır.

Yaş baxımından Avropa qatı standartlara sahib olmasa da, qitənin qumarla bağlı ciddi tənzimləmə mexanizmasına sahib olduğunu da vurğulamaq lazımdır. Avropa daxilində hər bir ölkənin sektorla bağlı fərqli standartlaraa və lisenziya tələblərinə rast gəlmək mümkündür. Bu baxımdan təsadüfi deyil ki, dünyada ən nüfuzlu qumar tənzimləmə orqanlarından olan Malta Oyun İdarəsi və Birləşmiş Krallıq Qumar Komissiyası Avropa mərkəzlidir.

Asiyada Yaş Məhdudiyyətləri

Bakkarat, sic bo, Andar Bahar və paçinko kimi bir çox məşhur kazino oyunun vətəni Asiya olsa belə, qitə boyunca qumar oyunlarına mühafizəkar bir yanaşma hakimdir. Çinin Makao və Honk Konq bölgələri xaric, Hindistanın isə regionlarında qumar oyunları tamamilə illeqal fəaliyyət sayılır. Buna görə də çinli kazinosevərlərin ən sevimli məkanlarından biri Makao (21 yaş) və Honk Konq (18 yaş) regionlarıdır.

Yaponiyada şans oyunları üçün yaş məhdudiyyətləri 20-dən, Cənubi Koreyada isə minimum 19-dan başlayır. Bunun əksinə olaraq, bir çox Yaxın və Orta Şərq ölkələrində mədəni və dini amillərin təsiri altında qumar oyunlarına qarşı sərt qanunlar mövcuddur. Səudiyyə Ərəbistanı, İran, BƏƏ, Pakistan kimi regionun əksər ölkələrində qumarın bütün növləri qeyri-qanunidir.

Livan isə bu baxımdan istisna hesab oluna bilər. Burada 21 yaşdan yuxarı şəxslər üçün qumarın bütün növləri leqaldır. İsraildə isə yalnız lotereya və idman mərcləri qanunidir. Qumara münasibətin daha liberal olduğu bölgə Mərkəzi Asiya ölkələridir. Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi Mərkəzi Asiya ölkələrində minimum qumar oynamaq yaşı 18-dən başlayır.

Okeaniyada Yaş Məhdudiyyətləri

Okeaniyada qumar qaydaları və yaş məhdudiyyətləri digər qitələrlə müqayisədə böyük fərqliliklərə sahib deyil. Okeaniyanın ən böyük dövləti olan Avstraliyada qumar sektoru Avropadakına bənzər şəkildə ciddi tənzimləmələrə tabedir. Bir ara qumar ölkədə tam qadağan edilsə də, hazırda istər real, istərsə də onlayn kazinolar 18 yaşdan yuxarı hər kəsin üzünə açıqdır.

Yeni Zelandiyaya gəlincə, burada lotereya oynamaq, idman və ya at yarışlarına mərc etmək kimi qumar oyunlarının əksər növləri üçün qanuni yaş həddi 18-dir. Lakin real kazinoda yaş məhdudiyyətləri 20 yaşdan başlayır. Qeyd edək ki, 18 yaş məhdudiyyəti qumarın yasaqlanmadığı bütün Okeaniyanın ölkələri üçün keçərlidir. Okeaniyada şans oyunlarında iştirakın qadağan ediliyi ölkələr isə Papua Yeni Qvineya, Marşal Adaları və Tokelaudur.

Afrikada Yaş Məhdudiyyətləri

Afrika bir qitə olaraq qumar oyunu üçün kifayət qədər yenidir. Bu səbəb bəzi Afrika dövlətlərində tənzimləmələrlə bağlı çatışmazlıqların olması mümkündür. Lakin onlayn kazinoda yaş məhdudiyyətləri ilə bağlı artıq qitənin əksər ölkələrində müvafiq tənzimləmələr həyata keçirilib. Bu tənzimləmələr 18 yaşına çatmamış şəxslərə virtual kazinolara qoşulmaq, istərsə də real kazinolarda oynamağı qadağan edir.

Bununla belə, Kotdivuar, Namibiya, Misir kimi bir sıra Afrika ölkələrində leqal qumar oynama yaşı 18 yox, 21 olaraq müəyyənləşdirilib. İstisna olaraq Uqandada isə bu limit 25 yaşa bərabərdir. Onu da qeyd edək ki, Asiyada olduğu kimi Afrikanın da bəzi ölkələrində (Əlcəzair, Eriteriya, Liviya) qumarın bütün formaları mövcud qanunvericiliyə əsasən qanunsuzdur.

Yaş Məhdudiyyətlərinin Məsuliyyətli Oyun üzərində Təsirləri

Tədqiqatlar da göstərir ki, erkən yaşlarda şans oyunları oynamağa başlamaq gələcəkdə problemli qumar riski ilə üzləşmə ehtimalını artıra bilər. Yeniyetməlik və erkən gənclik çağları insanların ən çox səhv etdiyi, tələsik qərarlar verdiyi, həqiqəti görməməzlikdən gəldiyi və məntiqi düşünmədən əvvəl hisslərin arxasınca getdiyi bir dövrdür. Odur ki, qumarın bu yaşlarda biri üçün nə qədər zərərli ola biləcəyini təsəvvür etmək çətin olmamalıdır.

Bu və digər səbəblərə görə, əksər ölkələrdə qanunlar yetkinlik yaşına çatmayan şəxslərin qumar obyektlərinə daxil olmasını qadağan edəcək şəkildə tənzimlənmişdir. Fiziki kazinolarda yaşınızın müəyyən edilməsi üçün sizdən şəxsiyyət vəsiqənizi təqdim etməyiniz tələb olunacaq. Onlayn kazinolarda isə yaşınızın müəyyən edilməsi KYC (Müştərini Tanı) adlı bir yoxlama prosesi ilə mümkün olur. Bu prosesdə sizdən şəxsiyyət vəsiqəniz və ya kimliyinizi təsdiqləyən hər hansı sənədin təqdim edilməsi tələb olunur.

Qumar oyunlarına qoyulan yaş məhdudiyyətləri digər Məsuliyyətli Oyun praktikaları ilə bərabər ictimaiyyətin potensial təhlükə ilə bağlı məlumatlılığının artmasına da böyük təsir göstərə bilər. Hər halda daha az məlumatlı cəmiyyətlərdə, eləcə də casinoda məhdudiyyətlər tənzimlənməyən ölkələrdə erkən yaşda qumara başlama faktlarının daha çox olması, yəqin ki, şübhə doğurmur. Səlahiyyətli orqanların istər real, istərsə də onlayn kazinoda yaş məhdudiyyətləri tətbiq etməsi istənilən halda toplumun azyaşlıların qumara oynamasına qarşı daha məsuliyyətli bir baxışa, mövqeyə sahib olmasına kömək edir.

Ümumilikdə qumar yalnız yetkin şəxslərin edə biləcəyi bir məşğuliyyətdir. Bu, bütün dünya tərəfindən qəbul edilən vahid anlayışdır. Qumarda yaş məhdudiyyətləri isə Məsuliyyətli Oyun prinsiplərinin təşviqində və əhalinin qumar asılığına həssas təbəqəsinin qorunmasında mühüm bir tədbirdir. Çünki artıq çoxdan sübut olunub ki, qanuni yaş hədlərinin müəyyən edilməsi gəncləri və yeniyetmələri qumar asılılığı və onun doğura biləcəyi potensial təhlükələrdən qorumağa yardım edir. Təbii ki, bu problemi kökündən həll etməyə bilər, ancaq ən azından problemin önünü kəsmək üçün böyük ölçüdə faydalıdır.

Nəticə

Göründüyü kimi, ölkələrdə kazinoda yaş məhdudiyyətlərinin neçə yaşda başlaması ilə bağlı vahid yanaşma mövcud deyil. Bəzi cəmiyyətlər 18 yaşını yetkinlik yaşı hesab etsələr də, digərləri hədd kimi 21 yaşı daha uyğun görür. Ancaq bir məsələdə bütün dünya ölkələri həmfikirdir: kazino qumar oyunları ən azı 18 yaşına qədər olan hər kəs üçün məhdudlaşdırılmalıdır.

Nəticə etibarı ilə, hər kəs qəbul edir ki, qumarın risklərini tam dərk edənə qədər fərdlərin təhlükəsizliyi naminə onları qumardan uzaq tutmaq lazımdır. Azərbaycanda da bu beynəlxalq praktika qəbul edilmiş və dövlət səviyyəsində Məsuliyyətli Oyun siyasətinin tətbiqi bütün əlaqəli orqanlar və biznes subyektləri üçün məcburi qılınmışdır.